Hər bir elm sahəsinin özünəməxsus bir qapısı, o qapının arxasında isə, öz aləmi, öz gerçəklikləri və öz çətinlikləri vardır. Cinayət hüququ da belədir: bu qapıdan içəri daxil olduqda, insan yalnız qanun mətnləri ilə deyil, həm də ədalətin, məsuliyyətin və humanizmin mürəkkəb, bəzən ziddiyyətli, lakin bir o qədər də dərin fəlsəfi dünyası ilə qarşılaşır. Ədaləti qorumaq, günahsızı müdafiə etmək, təqsirlini isə vicdanlı və ədalətli mühakimə etmək — cinayət hüququnun əsrlər boyunca formalaşaraq, bu gün də öz aktuallığını qoruyan ali missiyasıdır. Təqdim olunan kitab məhz həmin dünyaya açılan bir qapıdır; oxucunu cinayət hüququnun prinsipləri, anlayışları və institutları ilə tanış edərək, onu həm nəzəri biliklərlə zənginləşdirməyi, həm də peşəkar və mənəvi məsuliyyət daşıyıcısına çevirməyi hədəfləyir.
weniger
Hər bir elm sahəsinin özünəməxsus bir qapısı, o qapının arxasında isə, öz aləmi, öz gerçəklikləri və öz çətinlikləri vardır. Cinayət hüququ da belədir: bu qapıdan içəri
...
mehr